İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115.09 % əməl edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev rəsmi tvitter hesabında məlumat verib
Komitə sədri bildirib ki,nəzərdə tutulan proqnozdan əlavə 77.74 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

Müəllif: Aynur Qəniyeva