BİZNES

02 Mart

Təhsil İnstitutunun direktorunun şirkəti ləğv olunub

“Prometal” MMC ləğv olunduğunu elan edib

Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb.

Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1029 Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov küçəsi, ev 122a, mənzil 122a ünvanına bildirə bilərlər.

Qeyd edək ki,“Prometal” MMC şirkəti polimer örtüklü dəmir istehsal edirdi. Şirkətin icraçı direktoru Rüfət Əzizov 07.02.2021-ci il tarixində Təhsil İnstitutuna direktor təyin olunub.

Müəllif: Aynur Qəniyeva