BİZNES

02 Mart

Azərbaycanda “Masdar Azerbaycan” MMC dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Masdar Azerbaycan” MMC-ni dövlət qeydiyyatına alıb. 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb 

Məlumata görə,şirkət 2021-ci il fevralın 25-də 100 manatlıq nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Dilarə İsrafilovadır.

2020-ci ilin yanvar ayında Azərbaycanın Energetika Nazirliyi və “Masdar” şirkəti (BƏƏ) arasında günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün cari ilin mart ayında şirkətlə digər müqavilələrin (“İnvestisiya sazişi”, “Elektrik enerjisinin alqı-satqısına dair” saziş və “Paylayıcı şəbəkəyə qoşulmaya dair” saziş) imzalanması planlaşdırılır.