Smartbee-nin təsisçisi Tural Kərimov: Smartbee Azərbaycanın ən böyük platformasıdır. Rəqəmsal mediada reklam yerləşdirmək üçün həm reklam verənləri həm də yayımçıları biryerdə cəmləyən platformadır
Smartbee-nin təsisçi direktoru Fərid Kərimov: Ölkəmizdə olan həm böyük kiçik fərq etmir saytların texniki support işlərini görürürk. Demək olar ki, bütün layihələrin bir növ texniki dəstəyi bizə bağlıdır.Ancaq əsas hədəf həmin saytları reklam yerləşdirməyə daha asan formaya gətirmək,müştərilərlə saytlar arasında əlaqəni asanlaşdırmaqdır.İrili-xırdalı demək olar ki, ölkədə olan bütün portallar qoşulub.Təxminən 120-200-ə yaxın saytdan ibarətdir.
Rəqiblərdən əsas fərq nədir?
Smartbee-nin təsisçisi Tural Kərimov:-Yerli, milli məhsul olmaq. Rəqiblərimizin çoxu Rusiya ,Hindistan, Türkiyə və başqa yerlərdən hazır məhsul alırlar. Biz isə hazır məhsulu almırıq. Biz özümüz o məhsulu yaradırıq. Belə deyək bir var hazır kababı yemək bir də var kababı manqalın üstündə hazırlamaq. Biz o əziyyətli işi görürük. Kömürlə-ətlə əlləşmək bizlikdir.
Smartbee-nin təsisçi direktoru Fərid Kərimov qısa desək bizim onlardan əsas üstünlüyümüz bizdə olan “key words”-lər yəni hərhansı bir məqalə üzƏrində dataları analiz etmək,alqoritmlər həmin məqaləni tam oxuyub bitrdikdən,analiz etdikdən sonra biz orada reklamları gösrərməyə başlayırıq.
Fins.az xəbər verir ki, rəqəmsal mediada reklam yerləşdirmək üçün reklam verənləri və yayınçıları bir araya gətirən “Smartbee”-nin Təsisçisi Tural Kərimov və Təsisçi-direktoru Fərid Kərimov Smartbee-nin fəaliyyəti və üstünlükləri barədə ətraflı məlumat verir.