BİZNES

01 Mart

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin məbləği AÇIQLANIB

Azexport.az portalına 53,9  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub

Fins.az xəbər verir ki,bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda məlumat verilib. 

Məlumatda göstərilib ki, 2021-ci ilin yanvar ayında Azexport.az portalına 53,9  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin yanvar ayında  Azexport.az portalına ən çox ixrac sifarişi fındıq, toyuq əti, pambıq yağı, toyuq yumurtası, pambıq mahlıcı, biyan kökü, nar şirəsi və toxumu, kərə yağı, sarımsaq, şərab, çay, boya, kosmetik vasitə, xurma, diaqnostika cihazı və s. mallara daxil olub. 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 yanvar tarixinə kimi (49 ay ərzində) Azexport.az portalına dünyanın 143 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 250  milyon ABŞ dolları təşkil edib.