“İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20,1 milyon ABŞ dolları olub.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayındə məlumat verilib.
Məlumata görə, 2017-ci ildən 2021-ci ilin fevral ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 502,2 milyon ABŞ dolları təşkil edib.