BİZNES

01 Mart

Ərzaq, içkilər və tütün məmulatlarının istehlak qiymətləri indeksi ARTIB

Yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 101,4 faiz, 2020-ci ilin yanvar ayı ilə müqayisədə isə 104,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, cari ilin yanvarında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi keçən ilin dekabr ayı ilə müqayisədə 102,5 faiz, 2020-ci ilin yanvar ayı ilə müqayisədə isə 103,5 faiz olub.