2021-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $836 milyon 511,33 min təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 40,6% azdır.
Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi $2 milyard 411 milyon 514,65 min (2020-ci ilin yanvar ayı ilə müqayisədə azalma 15,4% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $1 milyard 624 milyon 12,99 min (azalma 23,8%), idxalın həcmi $787 milyon 501,66 min (artım 9,2%) təşkil edib.