2021-ci ilin yanvar ayının yeunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $159 milyon 805,57 min təşkil edib ki, bu da 2020-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 4,3% azdır.
Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumata görə, 2021-ci ilin yanvar ayı ərzində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 6,63%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Yanvarda Rusiyadan Azərbaycana idxalın həcmi $115 milyon 110,48 min (azalma 1,6%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 14,62% Rusiyadan tədarükün payına düşüb.