BİZNES

20 Fevral

Azərbaycan vətəndaşlarının 25%-dən çoxu Qarabağda xüsusi iqtisadi zonanın yaradılmasını təklif edir

Media Təhlil Mərkəzi əhali arasında azad edilən torpaqların iqtisadi inkişafı məsələsinə dair sorğu keçirib.

426 respondentin iştirak etdiyi sorğuya əsasən, respondentlərin 30,8%-i düşünür ki, işğüzar fəallığı artırmaq üçün işğaldan azad edilmiş ərazilərdə zavod və fabriklər açılmalıdır.

Daha 25,1%-i xüsusi iqtisadi zonanın yaradılmalı olduğunu qeyd ediblər, aqroparkların və fermer təsərrüfatlarının yaradılmalı olduğunu deyənlər 24,4%, xarici investisiyaların cəlb olunmasını zəruri sayanlar isə 19,7%-ni təşkil edir.

Eynio zamanda, respondentlərin 55,4%-i hesab edir ki, azad edilmiş ərazilərdə turizm və xidmət sahəsinə diqqətin ayrılması iqtisadi cəhətdən daha əlverişlidir. Kənd təsərrüfatı sahəsinin inkişafına üstünlük verənlərin sayı respondentlərin 33,1%-ni təşkil edir. Sorğu iştirakçılarının 6,3%-i sənaye, 4,7%-i tikinti sektoru, 0,5%-i isə ticarət cavabını seçib