“Gömrük əməliyyatlarının təkmilləşdirilməsi sahəsində əsas hədəflərdən biri yeni tranzit sistemlərinə qoşulmaq yolu ilə mövcud tranzit əməliyyatlarının diversifikasiyasıdır”.
Fins.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Cavad Qasımov “Caspian Energy Club”ın təşkil etdiyi “Online B2G Forum”da çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu istiqamətdə Avropanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulması prosesində DGK-yə dəstək verilməsini nəzərdə tutan “Twinning” layihəsi həyata keçirilir.