BİZNES

18 Fevral

Azərbaycanda pul qazandıran yeni sosial şəbəkə istifadəyə verilib

Azərbaycanda “mir.az” adlı yeni sosial şəbəkə fəaliyyətə başlayıb. 

Fins.az xəbər verir ki, bu sosial şəbəkə digərlərindən öz istifadə rahatlığı və bəsitliyi, həmçinin funksiyalarının çoxluğu ilə fərqlənir. İ

Məlumata görə,istifadəçilər qeydiyyatdan keçərək öz şəxsi hesablarını yaradır və dostlarla və tanışlarla əlaqədə olma (yazılı, səsli və görüntülü mesajlaşma), qruplar və səhifələr yaratma və ya digərlərinə qoşula bilmə, tədbirlər yaratma, digər tədbirləri görmə və qoşula bilmə, oyunlar, filmlər, elanlar yaratma, digər istifadəçilərinin elanlarını görmə və alış-veriş edə bilmək və digər yüzlərlə funksiyalardan istifadə hüququna sahib olurlar. 

Sosial şəbəkənin digər sosial şəbəkələrdən ən fərqli və unikal cəhəti, istifadəçilərə anonimlik imkanı verməsidir. Belə ki, paylaşım zamanı anonim düyməsinə basaraq tam anonim paylaşımlar etmək mümkün olur.

Şəbəkənin bir digər üstünlüyü də istifadəçilərinə pul qazandırmasıdır. Belə ki, istifadəçilər şəbəkədə aktiv zaman keçirərək pointlər toplayırlar və bu pointləri daha sonra pula çevirmək olur.
Şəbəkədən istifadə üçün ya //mir.az saytına daxil olmaq ya da Google Play dan tətbiqi yükləmək lazımdır.