BİZNES

17 Fevral

Azərbaycan və Türkiyə 100 mln dollardan artıq məbləğdə yeni kommersiya müqavilələri imzalayacaq

Azərbaycanın baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə yola düşüb.

Fins.az xəbər verir ki,bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verib.

“Səfər Türkiyənin vitse-prezidenti Fuad Oktayın dəvəti ilə həyata keçirilir. Səfər zamanı fevralın 18-də Əsədov Oktay ilə görüş keçirəcək, daha sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən qəbul olunacaq”, - nəşr qeyd edir.

Bundan başqa, evralın 19-da Əsədov və Oktay iqtisadi əməkdaşlıq üzrə Azərbaycan–Türkiyə Hökumətlərarası Komissiyanın 9-cü iclasında iştirak edəcəklər.

“İclsdan öncə iki ölkənin özəl sektorunun 150 nümayəndəsinin iştirakl ilə Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək. Oktay və Əsədovun təkbətək və nümayəndə heyətləri arasında danışıqlardan sonra Prezident sarayında iki ölkə arasında sazişlərin imzalanması baş tutacaq”, - məlumatda qeyd olunur.

Anadolu agentliyi Türkiyə prezidenti Administrasiyasındakı mənbələrinə istinadən məlumat verir ki, iki ölkə arasında dövlət və özəl sektorlarda kommersiya sazişlərinin məbləğinin $100 milyonu ötəcəyi gözlənilir.