Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi İraq Respublikasından ölkəyə idxal edilən quru xurma məhsulunda kif göbələyi aşkarlayıb.
Fins.az xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri "AGRO ALLIANCE" MMC tərəfindən İraq Respublikasından ölkəmizə idxal edilən 23,5 min ton quru xurma məhsuluna baxış keçirib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində quru xurma məhsulunda kif göbələyi aşkarlanıb
Bildirilir ki, hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.