Dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 90% təşkil edib.
Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.
Məlumata görə, ötən il dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr hesabına elektron satınalmaların həcmi 930 mln. manat təşkil edib ki, bu da həmin dövrdə ümumi satınalmaların 14.2%-na bərabərdir. Dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 90% təşkil edib.
AİBNDX-də fəaliyyət göstərən işçi qrupları tərəfindən “Dövlət satınalmaları haqqında” yeni Qanunun layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumlarına göndərilib. Rəqabət qanunvericiliyinin daha da təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübə öyrənilərək Rəqabət Məcəlləsi layihəsinin təkmilləşdirilməsi üzrə işlər aparılır.