"Bakı Qida və Yağ Fabriki" MMC-nin nizamnamə kapitalı 2 milyon 559 min manatdan çox azaldılır.
Fins.az xəbər verir ki, "Bakı Qida və Yağ Fabriki" məhdud məsuliyyətli cəmiyyəti nizamnamə kapitalının 11 milyon manatdan 8 milyon 440 min 723.65 manatadək azaldığını elan edib.
Kreditorlar öz tələblərini bir ay ərzində AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 2023-cü məhəllə, 92"A" ünvanına bildirə bilərlər.
"Bakı Qida və Yağ Fabriki" "Azərsun Holdinq" şirkətlər qrupuna daxildir.
"Bakı Yağ Fabriki" "Teksun", "Final", "Super Sun", "Paşa", "Aysun" yağlarını istehsal edir.