BİZNES

17 Fevral

Kotirovka sorğuları da elektron portal vasitəsilə keçiriləcək

Azərbaycanda kotirovka sorğuları da elektron portal vasitəsilə keçiriləcəkdir.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

O bildirib ki,"Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanıb. Bu qanun layihəsi qəbul edildikdən sonra kotirovkalar da elektron satınalmalar (E-satınalma) portalı vasitəsilə aparılacaqdır. Kotirovka sorğularının da portal vasitəsilə aparılması elektron satınalmaların həcminin artmasına səbəb olacaqdır.

Müəllif:Aynur Qəniyeva