BİZNES

17 Fevral

Məmməd Abbasbəyli: Qanunun pozulması üzrə 27 milyon yarıma yaxın maliyyə sanksiyası tətbiq edilib

Sanksiyalar nöqteyi nəzərindən "Antiinhisar fəaliyyəti haqqında "qanunun pozulması üzrə 27 milyon 500 -nə yaxın maliyyə sanksiyası tətbiq edilib.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

O bildirib ki, haqsız rəqabət üzrə 14 min manatdan bir az çox maliyyə sanksiyaları tətbiq edilib. Qürurla qeyd etmək isyəyirəm ki, bizim işçi qurupu dünyada ən mütərəqqi təcrübəyə uyğun olaraq rəqabət məcəlləsinin layihəsinin təkminləşdirilməsi ilə məşğul olduq.

Məmməd Abbasbəyli rəqabət məclləsinin hazırlıq prosesi barədə açıqlamasında qeyd edib ki, "Çox geniş və dərin proses idi, hesab edirik ki, ölkəmizdə rəqabətin təmin olunması üçün rəqabət məcəlləsinin qəbul olunması mütləqdir. Onun üçün də rəqabət məcəlləsini artıq hazırlamışıq. Təkminləşdirmə işləri ilə əlaqədar olaraq bunun qanunvericlik prosesinə başlamışıq. Layihəni aidiyyəti qurumlara göndərmişik." - deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva