Hazırda qüvvədə olan sazişlərdən biri - Azərbaycan Respublikası və Yaponiya Xarici İşlər Nazirlikləri arasında 2005-ci il mayın 30-da mübadilə edilmiş və Azərbaycan Respublikasının 01 aprel 2008-ci il tarixli qanunu ilə təsdiq edilmiş notalara müvafiq olaraq Yaponiya ilə SSRİ arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyadır və Azərbaycan Respublikası və Yaponiya arasında ikitərəfli münasibətlərdə tətbiq edilir.
Yaponiya tərəfi Azərbaycanın bu təklifini yüksək qiymətləndirib və Konvensiya layihəsi üzrə müzakirələrin aparılması üçün hər iki ölkənin səlahiyyətli qurumlarının ekspertləri arasında görüşün təşkil olunmasını məqbul hesab edilib.
Fins.az xəbər verir ki, fevralın 1-ci ongünlüyündə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri ilə Yaponiyanın Maliyyə Nazirliyinin ekspertləri arasında video konfrans vasitəsilə görüş təşkil olunub və Konvensiya layihəsi üzrə müzakirələr aparılıb. Qarşılıqlı anlaşılma mühitində keçən danışıqlarda Konvensiyanın əsas müddəaları müzakirə edilib. Konvensiya layihəsi üzərində iş davam edəcək.
Müəllif: Aynur Qəniyeva
