2020-ci ildə Azərbaycanla RF arasında qarşılıqlı ərzaq ticarəti 1,3 milyard dollar təşkil edib. Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat verir.
Fins.az xəbər verir ki 2019-cu illə müqayisədə ərzaq ticarət dövriyyəsi 6% artıb. Eyni zamanda, 5 il ərzində ticarət dövriyyəsinin həcmi təxminən 1,5 dəfə artıb.
Nazirlikdən bildirilir ki, Moskvada keçirilən kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya işçi qrupunun iclasının müzakirə mövzusu ASK sahəsində ikitərəfli münasibətlərin gələcək inkişafı olub.