2021-ci ilin yanvar ayında Azərbaycan əhalisi ticarət obyektlərindən 3 milyard 154,8 milyon manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,4% azdır. Fins.az xəbər verir ki,bu barədətlə Dövlət Statistika Komitəsi məlumat yayımlyıb
Məlumata görə ,hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 1 milyard 665 milyon manat (2020-ci ilin yanvar ayı ilə müqayisədə artım 1,8%), qeyri-ərzaq mallarının alınmasına 1 milyard 489,8 milyon manat (azalma 4,8%) sərf olunub.
2021-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 5,1%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.