BİZNES

12 Fevral

Orxan Nəzərli: Daxilolmalar üzrə plan 2,7% artıqlaması ilə yerinə yetirilib

2020-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 7 milyard 387,3 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Koronavirus pandemiyası vergi yığımlarına da təsir göstərib. Belə ki, ötən il dövlət büdcəsinə vergi daxilolmaları 7 milyard 387,3 milyon manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 3,7% azdır. Bununla yanaşı, dövlət büdcəsinə daxilolmalar üzrə plan 2,7% artıqlaması ilə yerinə yetirilib.

Onun sözlərinə görə, dövlət büdcəsinə vergi daxilolmaları 2020-ci ildə ölkə üzrə ÜDM-in 10,2%-ni təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 0,8 faiz bəndi çoxdur.

Müəllif: Aynur Qəniyeva