"Mühüm məsələlərdən biri maliyyə sektorunun iqtisadi artıma və şaxələndirməyə dəstəyinin gücləndirilməsidir".
Fins.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxışı zamanı bildirib.
O bildirib ki, real sektorun maliyyələşdirilməsində bankların payının artırılması prioritetdir:
"Təəssüflər olsun ki, keçən il də əlverişsiz iqtisadi dinamikaya görə sahibkarların bank kreditlərinə əlçatatnlığının təmin edilməsində istədiyimiz irəliləyişi görə bilməmişik. Banklar tərəfindən biznesə verilən kreditlər azalıb”.