BİZNES

12 Fevral

Orxan Məmmədov: 20 mln manatdan çox subsidiya ödənişi həyata keçirilib

Elektron Kredit platforması üzərindən daxil olmuş və kredit tələbatı 48 milyon manat olan 1433 murəciətə Sahibkarlığın İnkiafı Fondu tərəfində zəmanət verilib.

Fins.az məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda deyib.

O bildrib ki,murəciətlər üzrə zəmanət məbləği 75 milyon manata yaxındır.

Agentlik rəhbəri vurğulayıb ki, "Digər dəstək tədbiri olan 1 milyardlıq kredit portfelinə faizsiz subsidiyların verilməsi  mexanizmi üzrərində çalışan 20 milyon manatdan çox subsidiya ödənişi həyata keçirilmişdir.

Müəllif :Aynur Qəniyeva