BİZNES

12 Fevral

Mikayıl Cabbarov:Şirkətlərin  dövlət idarəedilməsi sahəsində əsaslı islahatlar hazırlanır

Şirkətlərin  dövlət idarəedilməsi sahəsində əsaslı islahatlar hazırlanır.

Fins.az məlumatına görə, bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, "Bilirsiniz ki, bir sıra dövlət şirkərlərində idarəetmə günün tələblərinə cavab vermir bir sıra hallarda idarəetmə effektivliyi aşağıdır. Fəaliyyət sahələri şirkətlərin  xərcləri şəffaflıq təmin edilməyib. Büdcə gəlirinin formalaşmasında bir çox hallarda zərərlə çalışırlar. Bu sahədə ciddi islahatlar artıq həyata keçirlir.

Nazir eyni zmanda dövlər şirkətlərinin idarəedilməsinə də aydınlıq gətirərərk , "Dövlət şirkərlərinə effektivliyin təmin olunması ciddi bazar dəyərinə nail olunmasına gətirib çıxarmalıdır. Şirkətlərin borclanmalarına nəzarət edən proses dövlət büdcəsinə ödənişlərin artırılmasına nəzarət olunur. "Azərbaycan İnvestisiya Holdinqi" hazırda bu sahədə çalışır. Hazırda şirkətlərin  dövlət idarəedilməsi sahəsində əsaslı islahatlar hazırlanır."-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva