BİZNES

12 Fevral

Naxçıvanın ÜDM-nin həcmi açıqlanıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni ayına nisbətən (müqayisəli qiymətlər üzrə) 0,3% artaraq 175 822,0 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə, yanvarda Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 1,2% artaraq 380,9 manat təşkil edib.