BİZNES

11 Fevral

Azərbaycanlının Nyu-Yorkda yaratdığı şirkət ölkəmizdəki nümayəndəliyini BAĞLAYIR

Azərbaycanlı xanım Nigar Əliyeva tərəfindən yaradılan şirkət ölkəmizdəki nümayəndəliyini bağlamaq qərarına gəlib.

Fins.az xəbər verir ki, bu barədə şirkətin Dövlət Vergi Xidməti tərəfindən yayımlanan elanında məlumat verilib.

Elanda bildirilir ki, “America Idream LLC” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ləğv ediləcək. Bu şirkətin baş ofisi Nyu-Yorkun bütün dünyada  məşhur olan “Wall Street”də fəaliyyət göstərir.

Qeyd edək ki,şirkət, xaricdə – ABŞ, Kanada, Böyük Britaniya, Avropa və ümumiyyətlə bütün dünyada təhsillə məşğul olub, konsaltinq fəaliyyəti həyata keçirir. Azərbaycanda isə 2019-cu ilin mayında Azərbaycanda nümayəndəlik açmışdı.