BİZNES

10 Fevral

 Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxilolmalar proqnozdan 2,7% çox olub 

2020-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 10677,2 mln. manat və ya 105,4 faiz icra edilmişdir ki, bu da 2019-cu illə müqayisədə 63,7 mln. manat və ya 0,6 faiz çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb 

Məlumatda bildilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 7387,2 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 197,2 mln. manat və ya 2,7 faiz çoxdur.

Müəllif:Aynur Qəniyeva