BİZNES

10 Fevral

Mikayıl Cabbarov: Şəffaflaşma gəlirlərin leqallaşdırılması və daxilolmaların artımı ilə nəticələnir

Aksizli məhsullar sahəsində şəffaflaşma gəlirlərin leqallaşdırılması və daxilolmaların artımı ilə nəticələnir.

Fins.az xəbər verir ki, bunu Twitter səhifəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, 2020-ci ildə qeyri-neft sektorundan aksiz daxilolmaları (397,2 milyon manat) 2017-ci ilin göstəricisindən 18 dəfə çox olub (2017-də 22,4 milyon manat).