BİZNES

10 Fevral

Sahibkarlar Konfederasiyası və Dövlət Gömrük Komitəsi birgə vebinar keçirəcək

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü və Dövlət Gömrük Komitəsinin dəstəyi ilə sahibkarların məlumatlandırılması məqsədi ilə 12 fevral 2021-ci il tarixində sual – cavab formatında ZOOM platforması üzərindən saat 16:00-da aşağıdakı mövzuları əhatə edən vebinar təşkil olunacaq.
Fins.az xəbər verir ki, konfrans  “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi və bu sistemdən istifadəyə dair tələblər; Birbaşa gömrük təmsilçiliyi fəaliyyəti üçün müraciət qaydası və qeydiyyat prosesi; Gömrük ödənişləri və onların hüquqi bazası mövzularını əhatə edəcək. 
Qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin peşəkar mütəxəssisləri tərəfindən keçiriləcək.
 
Müəllif: Aynur Qəniyeva