BİZNES

18 Yanvar

Türkiyə ilə 4 mlrd. dollardan çox ticarət dövriyyəsi

2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Fins.az-ın  Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 2,598 mlrd. dollar təşkil edib ki, bu da 2019-cu il ilə müqayisədə 9,3% azdır. İdxalın həcmi isə 1,563 mlrd. dollara bərabər olub ki, bu göstərici 2019-cu il ilə müqayisədə 5,1% azalıb.

Nəticədə, 2020-ci ildə 1,035 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 14,9% azdır.

(c)APA