BİZNES

14 Yanvar

Nazirdən sahibkarlara verilən güzəşli kreditlərlə bağlı AÇIQLAMA

Bakı, 14 yanvar Fins.az

2020-ci il Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara verilən güzəşli kreditlərin həcmi açıqlanıb.

Fins.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.

Nazir bildirib ki, 2020-ci il ərzində 908 sahibkara 127 milyon manatadək güzəştli kredit verilib:

“İqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində 2020-ci il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 908 sahibkara 127 mln. manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb”.