BİZNES

14 Yanvar

Vergi Xidməti bu ərizə formaları ilə bağlı izahedici mövqe hazırlayıb

Bakı, 14 yanvar Fins.az

Dövlət Vergi Xidməti vergi ödəyicilərindən daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”na uyğun olaraq müraciət edilən DTA-03 və DTA-05 ərizə formaları və onlara əlavə olaraq təqdim olunan sənədlərlə bağlı izahedici mövqe hazırlayıb.

Xidmətdən Fins.az -a bildirilib ki, izahedici mövqe bu formaların təqdim olunması ilə bağlı yaranan suallara aydınlıq gətirir.

Vergiödəyiciləri məlumatla ətraflı şəkildə bu linkdə tanış ola bilərlər: //www.taxes.gov.az/uploads/2017/be