Bakı, 13 yanvar Fins.az
Microsoft şirkəti çat-botun yaradılması üçün insanların şəxsiyyətlərini virtual dünyada kopyalama imkanını verəcək qeyri adi texnologiya üzərində çalışır.
Fins.az xəbər verir ki, məlumata əsasən bu texnologiyadan istifadə edərək sosial şəbəkələrdə, messencerlərdə və digər rəqəmsal mənbələrdə olan yazılar əsasında ölmüş insanların rəqəmsal kopyalarını yaratmaq mümkün olacaq. Bu barədə 4pda saytı xəbər verib. Sosial şəbəkələr ilə bağlı problem ondan ibarətdir ki, onlar hansısa şəxsin ölümündən sonra da onun istifadəçi hesabını əks etdirirlər.
Görünür, Microsoft şirkəti bunu mənfi bir özəllik hesab etmir və ölmüş şəxsin rəqəmsal kopyasını yaratmaq üçün yeni texnologiya fikirləşib. Şirkət tərəfindən əldə olunmuş patentdə qeyd olunub ki, rəqəmsal mənbələrdə olan bu məlumatlar intellektual çat-botun yaradılmasında istifadə olunacaq. Microsoft ölmüş insanın xarici görünüşünü kopyalamaqla kifayətlənmək istəmir.