BİZNES

11 Yanvar

Fərhad Mirəliyev: Siz elə bilirdiniz ki, bu razılaşmaya qədər Whatsapp istifadəçi məlumatı toplamırdı?

Bakı, 11 yanvar Fins.az

 WhatsApp elan etdi ki, messencer istifadəçilərin telefon nömrələrini və digər şəxsi məlumatlarını "Facebook”a göndərəcək. Şirkət, istifadəçiləri əmin edib ki, ismarıclar əvvəlki kimi end-to-end protokolu üzrə şifrələnəcək, istifadəçilərin foto və digər vacib məlumatları "Facebook”a göndərilməyəcək və reklamçılar insanların telefon nömrələrini əldə etməyəcəklər. Bu üsulla "Facebook” reklam hədəfləməsini yaxşılaşdırmaq üçün daha çox məlumat əldə etmək istəyir. Əgər siz məlumatların "Facebook”un reklam platformasına göndərilməsi ilə razılaşsaz onda yaxın zamanda messencerdə sizə tanış olan şirkətlərin reklamları ilə qarşılaşacaqsınız. Facebook bu barədə məlumat yayımladıqdan sonra Azərbaycanda və eyni zamanada diğər qonşu ölkələrdə mesencer istifadəçiləri arasında bu qərar müzakirələrə səbəb olub. İnsanlar o cümlədən dünya liderləri arasında kütləvi şəkildə WhatsApp Mesenceri-dən imtina halları qeydə alınır. 

Bu barədə  fikirlərini Fins.az-la bölüşən informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad  Mirəliyev bildirib ki, son günlərdə rəsmi tətbiq edilən Whatsapp istifadəçi razılaşması çox müzakirə olunur. Narahatçılıq anlaşılandır, lakin əslində nə baş verir?! Bir çox tanınmışlar Whatsapp-dan Telegramın xeyrinə imtinaya səsləyir. Whatsapp ətrafında baş verənlər yenilik deyil. Birinci ondan başlayaq ki, əksər tətbiqlər istifadəçi məlumatlarını toplayır. Əlbəttə ki, məqsəd onların sonrakı emalıdır (lokal istifadə, satış və s). Siz elə bilirdiniz ki, bu razılaşmaya qədər Whatsapp istifadəçi məlumatı toplamırdı? Emal etmirdi? Əlbəttə edirdi, bütün tətbiqlər də edir. Sadəcə ilk dəfə bunu rəsmi şəkildə qarşı tərəf ilə razılaşdırırlar. 

O qeyd edib ki, sadəcə olaraq Facebook-un rəhbəri Mark Zuckerberg bu mövzuda müəyyən qədər çətinliklərlə üzləşib. Senatda dinləmələr bu adamın elə bu işlə çoxdan məşğul olduğunun dolayı sübutudur.
 
Telegram həqiqətən də  təhlükəsizdir? 
Cəmiyyətdə belə bir tendensiya var ki, Telegram mesenceri  daha təhlükəsizdir. Fərhad Mirəliyev bu barədə də fikirlərini bölüşərək bildirib ki, Telegram təhlükəsizlik baxımından heç də ideal deyil. Rəsmi olaraq istifadəçi məlumatları toplanmır. Sadə sualdan başlayaq ki, bəs mobil nömrə niyə tələb olunur qeydiyyat zamanı? Eyni zamanda Signal mesencerini də də bu sıraya daxil etmək olar. İstənilən fərdi məlumatlar toplanır, onların sonradan necə emal olunacağına heç kim zəmanət vermir.
Bəs nə edək?!
Mütəxəssis vətəndaşların bu məsələ ilə bağlı fikirlərini bölüşərək  "Mümkün qədər ehtiyatlı olaq və reallıqla barışaq. Məlumat toplayanlar içərisində ən böyükləri Facebook (70%), İnstagram (59%), Tinder, Uber, Spotify, Netflix, TIk-Tok (15%), Pornhub (6%) və s. İmtina etməyə hazırsınız? Elə bilirsiniz ki, gmail.com və outlook.com e-poçt servisləri məktublarınızın məzmununu öyrənmir?!"-deyə vurğulayıb.
 
Fərhad Mirəliyev dünyada lider olan İT şirkətlərin data siyasəti və istifadəçilərin məlumat kofidensiallığı sahəsindəki işi ilə bağlı kifayət qədər qaranlıq məqamların olduğunu qeyd edərək, elə mənim özümə də  qaranlıq olan alternativ var - Huawei, Harmony OS və Weibo 
Digər bir məsələ də cəmiyyətimizdə buna önəm verənlərin sayıdır. İnanmıram ki, "mesenger istifadəçilərinə" bu reallıq maraqlı olsun, onların datasını öyrəndikdən sonra "machine deep learning" özü error verəcək"-deyə bildirib
 
Müəllif: Aynur Qəniyeva