BİZNES

11 Yanvar

Gömrük Komitəsi 2020-ci ildə dövlət büdcəsinə köçürmələri 10,7% AZALDIB 

Bakı, 11 yanvar Fins.az

Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ildə dövlət büdcəsinə 3 milyard 938 milyon 242,2 min manat məbləğində vergi və rüsum köçürüb. 

Fins.az xəbər verir ki, komitənin 2020-ci ildə dövlət büdcəsinə köçürmələr 10,7% azalıb.

Bundan başqa, ötən il gömrük rüsumları üzrə köçürmələr 1 milyard 16 milyon 609 min manat məbləğində olub.

Qeyd edək ki, sözügedən ildə  Dövlət Gömürk Komitəsinin xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 milyard 830 milyon manat təşkil edib ki, bu da planının 102,8% yerinə yetirildiyinin göstəricisidir.