Bakı, 11 yanvar Fins.az
2020-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3608,9 milyon manat olub.
Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 28,9% azalıb. Hüquqi şəxslər tərəfindən əhaliyə 2456,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 68,1 faizini təşkil edib.
Müəllif: Aynur Qəniyeva
