BİZNES

07 Yanvar

Samir Şərifov:2021-ci il ölkə iqtisadiyyatı üçün olduqca məsuliyyətli bir il olacaq

Bakı 7 Yanvar Fins.az

2021-ci il ölkə iqtisadiyyatı üçün olduqca məsuliyyətli bir il olacaq.

Fins.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib 

Nazir bildirib ki,  2021-ci il ölkə iqtisadiyyatı üçün olduqca məsuliyyətli bir il olacaq. Hesab edirik ki, ötən il pandemiyaya qarşı mübarizə tədbirləri həm səhiyyə sahəsində, həm də sosial-iqtisadi sahədə uğurla həyata keçirilmiş və prinsip etibarilə onun kəskin fəsadları aradan qaldırılmışdır.

Samir Şərifov iqtisadi sahədə optimist meyillər barədə də fikirlərini bölüşərək "Artıq dünyada, o cümlədən ölkəmizdə də optimizm artmaqdadır. Sizin tapşırıqlarınızın icrası olaraq peyvəndin əldə edilməsi, sözsüz ki, ölkəmizin sosial-iqtisadi inkişafına müsbət təsirini göstərəcəkdir. Bununla bağlı dövlət büdcəsində nəzərdə tutulmuş müvafiq vəsaitlər də inkişafı təmin etmək üçün öz rolunu oynayacaq."-deyə bildirilib.