Bakı 7 Yanvar Fins.az
Azərbaycan İnvestisiya Holdinqi (AIH) fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 13 milyon manat alacaq.
"2021-ci il büdcəsində AIH 13 milyon manat ayrılması nəzərdə tutulub", - Maliyyə Nazirliyi qeyd edib.
Əvvəlcədən xəbər verildiyi kimi, ilk üç ildə AİH-in xərcləri dövlət büdcəsindən formalaşdırılacaq. Bundan əlavə, AİH tərəfindən idarə olunan şirkətlər qazanclarının 20% -ni holdinqə köçürəcəklər.
7 Avqust 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan İnvestisiya Holdinqi" (AIH) publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
AİH-in nizamnamə kapitalı 10 milyon manatdır.
Holdinqin yaradılmasında məqsəd dövlətin kapitalda iştirakı olan dövlət şirkətləri və müəssisələrinin iqtisadi şəffaflığı və səmərəliliyinin artırılması, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığı və sabitliyinin yaxşılaşdırılmasıdır.
