Bakı 6 Yanvar Fins.az
Azərbaycanda daha bir iri şirkət ləğv olunub.
Fins.az xəbər verir ki, “Azərtütün” MMC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini Az1006 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 125 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Azərtütün ASK” MMC Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 saylı Fərmanına uyğun olaraq, “İntertobacco” MMC-nin əmlakları “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə götürülmüş və 25 may 2018-ci il tarixdən “Azərtütün ASK” MMC qeydiyyata alınaraq fəaliyyətə başlanılıb. Şirkətin nizamnamə kapitalı 30 111 978 manatdır və qanuni təmsilçisi Fazil Rüstəmov Əli oğludur.
