BİZNES

06 Yanvar

Azərbaycanda bu səhmdar cəmiyyət yenidən təşkil olunur

Bakı 6 Yanvar Fins.az

“GÜLAY” ASC səhmdarlarının (təkrar çağırış) növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin elanında məlumat verilir. 

Məlumata görə səhmdarların toplantısında  “GÜLAY” ASC-nin ayrılma qaydasında yenidən təşkili və digər təşkilati məsələlər müzakirə ediləcək. 

Qeyd olunur ki, səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan saat 17.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 nömrəli ünvanın­da inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

Müəllif:Aynur Qəniyeva