Bakı, 5 Yanvar Fins.az
“Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində texniki problemlər yaranıb.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb
Məlumatda qeyd olunur ki,hazırda mütəxəssilər tərəfindən müvafiq tədbirlər görülür və yaxın saatlarda problem aradan qaldırılacaq. Yaranan müvəqqəti çətinliyə görə üzr istəyirik.
Qeyd edək ki,21 sentyabrdan başlayaraq xaricdən gətirilən məhsulların bir ay üzrə kvotasını 800 dollardan 300 dollara endirib. Yəni, bu limitə qədər gömrük rüsumu tətbiq edilmir, lakin, sifariş verən 300 dollar üzərində olduqda gömrük rüsumuna cəlb ediləcək.
Xaricdən edəcəyiniz sifarişləri bəyan etmək üçün istifadə edəcəyiniz tətbiqin adı “Smart Customs” adlanır. 2021-ci ilin yanvar ayından etibarən bu bəyannamənin verilməsi məcburidir.
Müəllif: Aynur Qəniyeva
