BİZNES

30 Dekabr

Azərbaycan Aİ ölkələrindən 6,5 milyard dollarlıq məhsul ixrac edib

Bakı 30 dekabr Fins.az

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 6 milyard 577 milyon 137 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, on bir ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 2 milyard 315 milyon 45 dollar olub. Bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 271,6 milyon dollar çoxdur.