BİZNES

28 Dekabr

Gömrük Komitəsi “YAŞAT” Fondu-na yarım milyon manatdan çox pul vəsaiti köçürdü

Bakı 28 dekabr Fins.az

Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna pul vəsaiti köçürüb 

Fins.az xəər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb 

Məlumata görə, Komitə əməkdaşları Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) könüllü olaraq əmək haqlarından 580 min manat məbləğində pul vəsaiti köçürüblər.

Müəllif:Aynur Qəniyeva