2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 52074,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz az ümumi daxili məhsul istehsal olunub.
Fins.az xəbər verir ki, İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz, neft-qaz sektorunda isə 6,4 faiz azalıb.
Fins.az xəbər verir ki, ÜDM istehsalının 34,7 faizi sənaye, 11,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.
Müəllif:Aynur Qəniyeva