BİZNES

30 Sentyabr

Gömrük Komitəsi xaricdən mal sifariş verən vətəndaşlara müraciət edib

Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət edib
Komitədən fins.az-a daxil olan məlumatda bildirlir ki,mövcud vəziyyətlə əlaqədar internetdə yaranan məhdudiyyətlər  beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin “Smart customs” mobil tətbiqi  ilə məcburi bəyan olunmasında müvəqqəti çətinliklər yaradıb.
Bildirilir ki,  Dövlət Gömrük Komitəsi  bildirir ki, yaranmış vəziyyət nəzərə alınaraq vətəndaşların bağlamalarını əldə etməsində problemlərin yaranmaması üçün  xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı “Smart Customs” mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb.  “Smart Customs” tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq. 

Müəllif:Aynur Qəniyeva