BİZNES

21 Sentyabr

BTRİB bu avadanlığın alınmasına 12 milyon manata yaxın vəsait yönəldəcək

Bakı Telefon Rabitəsi” MMC GPON (Gigabit Passive Optical Network) texnologiyası bazasında mənzillərin telefonlaşdırılması və LTE (simsiz telefon rabitəsi) tətbiqi üçün baza stansiyaların quraşdırılması və şəbəkənin genişləndirilməsinə 12 milyon manata yaxın vəsait yönəldəcək. 
www.tender.gov.az saytında məlumat verilir ki, “Azinvest İnşaat” MMC ilə qeyd olunan işlərin icrasəına dair müqavilə imzalanıb.

Müqavilənin dəyəri 11 milyon 747 min 402,14 manat təşkil edir.

GPON internet xidməti fiber optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.