İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Britaniya Şurası (British Council) ilə birlikdə “COVID-19 pandemiyası dövründə startap hərəkatı: Çağırışlar və İmkanlar” mövzusunda konfrans keçirib.
Mərkəzdən fins.az verilən məlumata görə, konfransda İİTKM-nin içracı direktoru Vüsal Qasımlı və Britaniya Şurasının ölkə üzrə direktoru Summer Xia açılış nitqi ilə çıxışlar ediblər.
Daha sonra, “New Castle Universiteti”nin professoru Matthew Gorton “COVID-19 pandemiyasının startup biznes modelinə təsiri”, “Unimetal and ProMetal Group” şirkətinin içracı directoru Rufat Azizov “COVID-19 böhran idarəçiliyində biznesin davamlılığının mərhələləri”, “Founder Institute”-un yerli direktoru Cəfər Nəcəfov “COVID-19 pandemiyası dövründə uğurlu startupa necə başlamalı”, “Creative Spark” Proqramı və “EnterpriseAzerbaijan” Portalının koordinatoru Oruc Dursunzadə isə “COVID-19 pandemiyası dövründə enterpriseazerbaijan.com portalının startapların inkişafında rolu” mövzularında təqdimatlar ediblər.
Pandemiya digər sahələrlə yanaşı startupları da yeni reallıqlarla qarşı-qarşıya qoyub. Tədbirin əsas məqsədi ölkədə fəaliyyət göstərən startupların pandemiya dövründə üzləşdikləri çağırışlara adekvat strategiyaların hazırlanmasına və pandemiyanın mümkün təsirlərinin azaldılmasına töhfə verməkdir. Bu isə öz növbəsində starupların post-pandemiya dövründə davamlı və dayanıqlı inkişafa nail olmaq deməkdir.