zərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mühərriksiz kənd təsərrüfatı aqreqatlarının istehsal potensialının öyrənilməsi çərçivəsində daxili bazarın tədqiqi üçün məsləhətçi seçir.
Seçim açıq tender metodu ilə həyata keçirilir. Tenderdə iştirak haqqı 90 manatdır.
Tender təklifləri 23 oktyabr saat 16:00-dək qəbul olunur. Tender proseduru 26 oktyabr saat 16:00-da baş tutacaq.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.