BİZNES

18 Sentyabr

Nazirlik 127 sahibkarı cəzalandırıb-SƏBƏB

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində sentyabrın 16-da keçirdiyi monitorinqlər zamanı Qaradağ rayonunda “Fədək çayxana”da, Vidadi Xəlilova, Rufin Salmanlıya məxsus pərakəndə ticarət obyektlərində, Binəqədi rayonunda “Ocaq restoranı”nda, “Lalə kafesi”ndə, “Poppy gallery”, “İstanbul univermaq” mağazalarında, Xəzər rayonunda “Qala market”də, “MDF kəsim sexi”ndə, “Keyfiyyət ailəvi restoran”da, “Mərdəkan restoranı”nda, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Nizami rayonunda "Çamxal market”də, “Qaya restoranı”nda, “Real restoran”da, “Xəngəllən” iaşə obyektində, Sabunçu rayonunda “Zəngi kafesi”ndə, “İydə kafe”də, Suraxanı rayonunda “Çayxana Çayka”da, Sadiq Akqubayevə məxsus pərakəndə ticarət obyektində, Səbail rayonunda “Proqress market”də, “Pizza inn kafe”də, “Kaplan rugs”, “Bomond”, “Kafe bulvar”, “Sweet Levantine” iaşə obyektlərində, Nəsimi rayonunda “Kolarit restoran”da, “Crocodile geyim mağzası”nda, “Köhnə Bakı kafesi”ndə, “Meqa hand geyim mağazası”nda, “Muğan kafesi”ndə, “Borş restoranı”nda, Nərimanov rayonunda “Nizzamiro Boutique” mağazasında, “Kafe Mado”da, “Özsüt Atatürk” restoranında, “Neşve restoranı”nda, “The mood kafe”də, Xətai rayonunda “Star boutique” mağazasında, Yasamal rayonunda “Safsu market”də, "Vita Labs" MMC-yə məxsus “Aptek”də, Sumqayıt şəhərində “Mebel mağazası Aysu”da, “Sunset restoranı”nda, “On beer pub”da, “Qəbələ kafesi”ndə, Abşeron rayonunda “Düşərgə kafesi”ndə, “Göyəzən kafe”də, ümumilikdə, 127 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.